Harri Maquayr: “Avroliqanı qazanmağımız ikiqat xoş olar”

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr “qırmızı şeytanlar”ın Avropa Liqasını qazanmasının vacibliyini qiymətləndirib.

Arena.az ingilis futbolçunun müvafiq qənaətini təqdim edir:

“Avropa Liqasında qələbə bizim üçün ikiqat xoş olardı. Belə ki, bu, bizi UEFA Çempionlar Liqasının növbəti mövsümünə çıxarardı”, deyə Maquayr vurğulayıb.

32 yaşlı mərkəz müdafiəçisi son dövrlərdə “qırmızı şeytanlar”ın oyununun yaxşılaşdığını da vurğulayıb:

“Düşünürəm ki, son vaxtlar komandamızın oyunu bir qədər yaxşılaşıb. Eyni zamanda mən heab edirəm ki, elə oyun xüsusları var ki, biz üzərimizə böyük məsuliyyət götürməliyik”, deyə Harri Maquayr qeyd edib.

Xatırladaq ki, “Mançester Yunayted” Avropa Liqasının 1/4 finalının Lion “Olimpik”i ilə cavab oyunundakı çətin qələbə sayəsində bu turnirin yarımfinalına yüksəlib. “Qırmızı şeytanlar” əsas vaxtı 2:2 hesabı ilə başa çatmış ev oyununun əlavə vaxtında 5:4 hesabı ilə qazanıblar. Oyunun gedişində 2:0 hesablı üstünlükdən 2:4 hesablı “uçuruma” yuvarlanmış İngiltərə təmsilçisi geri-dönüş edərək, yekunda növbəti mərhələyə yüksələ bilib. Bu dramatik matçda son nöqtəni də məhz Harri Maquayr qoyub.

Yarımfinala vəsiqə qazanmış “Mançester Yunayted” finala vəsiqə uğrunda Bilbao “Atletiki”i (İspaniya) ilə mübarizə aparacaq.