Harri Maquayr millidən kənarda qalmasına təəssüfünü ifadə etdi

“Mançester Yunayted”in mərkəz müdafiəçisi Harri Maquayr İngiltərə yığma komandasının oktyabr çağırışından kənarda qalıb.

Arena.az məlumat verir ki, “üç şir”in baş məşqçi vəzifəsinin müvəqqəti icraçısı, irland mütəxəssis Li Karsli Harri Maquayrın adını UEFA Millətlər Liqasının qarşıdakı oyunları üçün iştirak ərizəsinə daxil etməyib.

“Li Karsli mənə gələcəyin vacib bir hissəsi olduğumu demişdi. Amma o, sadəcə olaraq bu çağırışdan olan digər uşaqların necə oynadığını görmək istəyir. Əgər heç bir oyunda oynayacağımı nəzərə alsaq, Karsli məni heyətə götürmək istəməyib ki, bu da, kifayət qədər ədalətlidir.

Əlbəttə, məyusam. İngiltərə yığmasında hər oyunda oynamaq istəyirəm. Amma onun nə demək istədiyini başa düşürəm. Meydanda olanda yaxşı göründüyümü sübut etməliyəm, ona da məni heyətdən kənarda qoymağına imkan verməməliyəm”, – ESPN şəbəkəsinin Böyük Britaniya şöbəsi Maquayrdan sitat gətirir.

Xatırladaq ki, oktyabrın 10-da İngiltərə yığması Yunanıstan yığması ilə, oktyabrın 13-də isə Finlandiya kollektivi ilə qarşılaşacaq.
Harri Maquayr futbola “Bransmir Atletik” klubunda qədəm qoyub, buradan “Barnsli”yə yol tapıb. Maquayrın böyük futbolda debütü “Şeffild Yunayted”də baş tutub.

Harri Maquayr “Mançester Yunayted”ə 2019-cu ilin avqustunda 87 milyon avro məbləğ müqabilində “Lester Siti”dən keçib. İngilis müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 9 oyun keçirib, 1 qol vurub. Maquayrın “Mançester Yunayted”də çıxışının ümümi mənzərəsi isə belədir: 215 oyun, 12 qol, 8 məhsuldar ötürmə.

Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb – “qırmızı şeytanlar”la ötən mövsüm 2023-cü il İngiltərə Liqa Kubokuna və 2024-cü il İngiltərə Kubokuna sahib olub.

Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 64 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: