İngiltərə yığmasının mərkəz müdafiəçisi Harri Maquayr AÇ-2024-də İngiltərə yığmasının ünvanına yönəlmiş tənqidləri yöndəmsiz hesab edir.
Arena.az xatırladaır ki, Maquayrın özü, zədə səbəbindən “üç şir”in AÇ-2024 üçün toplanmış heyətindən kənarda qalıb:
“Tənqidlər azacıq əsassız idi. Bəli, səmərə heyrətamiz olmaya bilərdi, amma bu, rəqabətli futboldur. Səhv etməyə yol vermək və ya bütün mətbuatın izdihamı mənzərəsində karıxmaq olmaz.
Sadəcə anlamıram ki, mətbuat və ya azarkeşlər bu komandadan nə gözləyirdilər? İlk oyunda Serbiya yığmasını 4:0, sonra isə Danimarka yığmasını 3:0 hesabı ilə məğlub edəcəyini? Bunun, parkda sadəcə gəzinti olacağınımı gözləyirdilərmi?”, deyə Maquayr mövqeyini təəccüblə açıqlayıb.
Xatırladaq ki, İngiltərə yığması AÇ-2024-ün finalında İspaniya millisinə uduzaraq gümüş medallarla kifayətlənib.
Harri Maquayr beş ildir “Mançester Yunayted”in uğurları üçün çalışır. O, bu kluba 2019-cu ilin avqustunda 87 milyon avro məbləğ müqabilində “Lester Siti”dən keçib. İngilis müdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ötən mövsüm Maquayr “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Maquayrın “Mançester Yunayted”də çıxışının ümümi mənzərəsi isə belədir: 206 oyun, 11 qol, 7 məhsuldar ötürmə.
Maraqlıdır ki, Maquayr karyerası ərzində cəmi ikicə dəfə kubok qazanıb. O, “qırmızı şeytanlar”la 2023-cü il İngiltərə Liqa Kubokuna və 2024-cü il İngiltərə Kubokuna sahib olub.
Harri Maquayr 2017-ci ilin oktyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 63 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


