Hidayət Heydərov BCF Atletlər Komissiyasına üzv seçildi

Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasının (İJF) Atletlər Komissiyasına üzv seçilib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı çərçivəsində idmançılar Beynəlxalq Cüdo Federasiyasının Atletlər Komissiyasına nümayəndələrini seçiblər. Seçkilər nəticəsində 5 üzv idmançıların səsi ilə, 4 üzv isə IJF İcraiyyə Komitəsi tərəfindən təyin olunub.

Yeni tərkib 2025–2029-cu illəri əhatə edən dörd illik müddətə fəaliyyət göstərəcək. Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov da IJF İcraiyyə Komitəsinin qərarı ilə Atletlər Komissiyasına üzv seçilib.

Xatırladaq ki, Hidayət Budapeştdəki dünya çempionatında iştirak etsə də, ilk görüşündə uduzaraq medalsız qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: