Hidayət Heydərov: “Qalib xalqın övladları həmişə qalib gələcək”

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qazandığı zəfərdən danışıb.

Arena.az xəbər verir ki, Paris-2024-də 73 kq çəkidə çempion titulunu qazanan idmançımız uğuruna belə şərh verib:

“Bütün Azərbaycan xalqına “sağ ol” deyirəm. Yarımfinala da, finala da çıxanda bütün səhifələrdə şərhləri oxumuşam. İstədiyim 2-3 nəfər burda idi, ailəm də evdən baxırdı. Onları da gördüm, paylaşmışdılar. Onların da hamısını öpürəm. Biz həmişə qalib gələcəyik. Çünki qalib xalqın övladlarıyıq. Yaşasın Azərbaycan!”

Hidayət Fransa paytaxtında yerli idmançı ilə final qarşılaşmasındakı qələbəsindən də danışıb: “Fransalı rəqibə zalda daha böyük dəstək var idi. Onlar qışqırdıqca, mən də rəqibə qışqırırdım, onu elə qorxudurdum. Fransada himni səsləndirəcəm. Bir dəfə Monpelyedə Avropa çempionu olmuşam. Çox gözəl şərhlər yazmışdılar. İndi fransalılar yenə Azərbaycan himnini ayaq üstə dinləməli olacaqlar”.

Heydərov gələcək planlarından da söz açıb: Cüdoçumuz uğurlu çıxışını davam etdirmək arzusunda olduğunu deyib. O, hədəfinin Los-Anceles-2024 Olimpiadası olduğunu bildirib: “Qızıl medalla qazanmaq davam etmək istəyirəm. Əsas hədəf Los-Anceles-2024 Olimpiadasıdır. Orada da titul qazanmaq arzusundayam”.

Xatırladaq ki, Paris-2024-də mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub. Hidayət finalda fransalı Joan Benjamen Qabanı qızıl xalla məğlub edib.

Cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur.

Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: