HJK “Qarabağ”la səfər matçına lider kimi gəlir

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi olan HJK Finlandiya çempionatında növbəti matçını keçirib.

Arena.az xəbər verir ki, Helsinki təmsilçisi doğma meydanda “Mariehamn”la üz-üzə gəlib.

Altı qolun qeydə alındığı görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Qarabağ”ın rəqibi 37 xalla çempionatın liderinə çevrilib. KuPS ilə SJK isə 35 xalla 2-3-cü yerləri bölüşürlər.

Helsinki təmsilçisi çempionatdakı növbəti matçını avqustun 20-də səfərdə “İnter Turku”ya qarşı keçirəcək.

Xatırladaq ki, HJK ilə “Qarabağ” arasındakı ilk görüş avqustun 10-da Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Bu komandalar arasındakı cavab görüşü isə ayın 17-də Helsinkidə keçiriləcək. Həmin görüşə də Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: