AFFA Region Liqasında mübarizə aparan “Hypers” komandası növbəti mövsümdə Azərbaycan İKinci Liqasında mübarizə aparacaq.
Arena.az xəbər verir ki, sözügedən komanda buna “Şəfa” ilə pley-off görüşlərindən qalib ayrılmaqla nail olub.
Belə ki, bu gün Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünü 13-cü sırada bitirən “Şəfa” komandası AFFA Region Liqasının ikincisi “Hypers”lə üz-üzə gəlib.
Pley-off mərhələsinin “Bayıl Arena”da baş tutan cavab qarşılaşması “Hypers”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk oyunda da qələbə qazanmış (2:0) Vüqar Nadirovun rəhbərlik etdiyi kollektiv iki görüşün nəticəsinə əsasən 2024/2025 mövsümündən etibarən Azərbaycan İkinci Liqasında çıxış etmək hüququ qazanıb.
İkinci Liqaya vəsiqə uğrunda pley-off görüşü
5 iyun
“Hypers” – “Şəfa” 2:1
Qollar: Vüqar Nadirov, 2. Məhəmməd Alıyev, 45+2 – Ramiz Qasımov, 65.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bayıl Arena”, 17:00.
Hypers: 12. Seymur Bəydəmirov, 22. Anar Ağayev, 10. Məhəmməd Alıyev, 17. Nahid Mehrəliyev, 88. Kənan Məmmədov, 8. Hüseyn Mənəfli, 71.Vüqar Nadirov (k), 44. Ruslan Poladov, 5. Ramil Əhmədov, 14. İlqar Ələkbərov, 50. Vurğun Həsənzadə.
Ehtiyat oyunçular: 1. Məhərrəm Məmmədli, 6. Rəhim Cəfərov, 77. Şamil Həsənov, 4. Kamran İsmayılov, 16. Sirac Məmmədli, 20. Bayram Nurizadə, 7. Zaur Əliyev, 30. Mirzə Əmirov.
Baş məşqçi: Fərid Əliyev.
Şəfa: 1. Fərrux Əzizov, 23. Nicat Abbasov (k), 10. İlkin Mikayılov, 19. Elgün Məhərrəmov, 30. Emil Məmmədov, 44. Ramiz Qasımov, 8. Fərid İslamzadə, 4. Loğman Əliyev, 66. Fuad Cahangirli, 11. Cavanşir Tahirov, 17. Rəhim Nağıyev.
Ehtiyat oyunçular: 22. Uğur İbrahimov, 99. Əli Əliyev, 77. Nəbi Nəbizadə, 9. Murad Mehdiyev, 2. Əhməd Babayev, 5. Emin Məhərrəmli.
Baş məşqçi: Elşad Məmmədov.


