İddiaçılar Turniri: Nicat Abbasov ilk turda rusla qarşılaşacaq

Azərbaycanlı qrosmeyster Nicat Abbasov Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirində ilk rəqibini tanıyıb.

Arena.az xəbər verir ki, bu gün yarışın püşkü atılıb.

Azərbaycan təmsilçisi ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək.

Abbasov üçüncü turda bu ölkənin digər şahmatçısı Hikaru Nakamura ilə, dördüncü turda fransalı Əlireza Firuzca, beşinci turda hindistanlı Dommaracu Qukeş, altıncı turda Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə görüşəcək.

Nicat Abbasov ikinci dövrədə, 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.

Xatırladaq ki, İddiaçılar Turniri aprelin 2-25-i aralığında reallaşacaq.