İkardinin həyat yoldaşına leykemiya diaqnozu qoyuldu

Fransa çempionu PSJ-nin argentinalı hücumçusu Mauro İkardinin həyat yoldaşı Vanda Naraya leykemiya diaqnozu qoyulub.

Arena.az bu barədə “Radio Miter”in jurnalisti Xorxe Lanataya istinadən məlumat verir.

Bir neçə mənbə Narada hematopoetik sistemin (qanyaradıcı sistem) bədxassəli xəstəliyi olduğunu təsdiqləyib. Yaxınlarda qadın klinikaya müraciət edərək, qarnında ağrılardan şikayətlənib və sonra xəstəxanaya yerləşdirilib. Naranın analizlərinin nəticəsi pis olmayıb, amma sonra xanım Argentinadakı özəl xəstəxanaya köçürülüb və orada qadına leykemiya diaqnozu qoyulub. İkardinin məşuqəsini müalicə üçün İtaliyaya göndərmək niyyətində olduğu bildirilir.

30 yaşlı İkardi Nara ilə 10 ildən çoxdur münasibətdədir. 2023-cü ilin fevral ayında cütlüyün boşanma prosesinə başladığı bildirilmişdi, amma bu məlumat təsdiqini tapmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: