Bu gün futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 24-cü turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Yeddi qolun qeydə alındığı “Kür-Araz” – “Şəki Siti” oyununda meydan sahibləri qələbə qazanıblar. “Cəbrayıl” isə “Lerik”i minimal hesabla məğlub edib.
“Qusar”ın qonağı olan lider “Baku Sportinq” da turu qələbə ilə başa vurub. “Şəmkir” isə “Kürmük Qax”la səfər oyununda 4 cavabsız qolla qalib gəlib.
24-cü turun qalan görüşləri mayın 7-də və 8-də keçiriləcək.
İkinci Liqa
24-cü tur
6 may
“Cəbrayıl” – “Lerik” 1:0
Qol: Ruslan Voronsov, 66.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Aydın Baxşıyev, Elvin Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Qusar” – “Baku Sportinq” 1:2
Qollar: Vüqar Əşrəfli, 38 – Röyal Nəcəfov, 24-pen; 49.
Hakimlər: Kamal Umudlu, Teymur Teymurov, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.
“Kürmük Qax” – “Şəmkir” 0:4
Qollar: İlkin Əliyev, 5; 54. Məzahir Əhmədov, 27. Sahib Cümşüdov, 66.
Hakimlər: Fərid Hacıyev, Şirmamed Mamedov, Rasim Axundov, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Qax OİK stadionu, 16:00.
“Kür-Araz” – “Şəki Siti” 4:3
Qollar: Cavid İmamverdiyev, 17; 48; 75-pen. Osman Soltanov, 30-öz qapısına – Yusif Cəfərov, 2-pen. Yusif Dilanov, 5. Süleyman Rauflu, 70.
Hakimlər: Vüqar Həsənli, Zakir Şükürzadə, Samir Qaracayev, Maqsud Şamıyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 16:30.
7 may
“Şəfa” – “Şahdağ Qusar”
Hakimlər: Şamil İmanzadə, Kərim Zeynalov, Orxan İbişov, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 16:00.
“Göygöl” – “Füzuli”
Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Göygöl OİK stadionu, 16:00.
8 may
“Dinamo” – “Ağdaş”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Alik Yunusov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 15:00.



