“İnter”in baş məşqçisi Simone İnzaqi “neradzurri”nin cari İtaliya çempionatının ilk dövrəsindəki nəticələrindən danışıb.
Arena.az “Football Italia” dərgisinə istinadən italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Birinci dövrədə 48 xal topladıq, bu, çox yaxşı nəticədir. Bizim nəbzimizlə ayaqlaşa biləcək bir komanda var. Amma liderlərdən biri xəta edərsə, elə, “Milan”ın özü və digər klublar istənilən vaxt çempionluq yarışına müdaxilə edə bilərlər.
Son oyunlarda o qədər də yaxşı deyildik, amma “Cenoa” və “Verona” ilə ümidsizcəsinə mübarizə apardıq. Bu cür fədakarlıq gələcəkdə bizim əlimizə oynaya bilər”, deyə İnzaqi bildirib.
Hazırda “İnter” A Seriyasının 19 turundan sonra turnir cədvəlində 48 xalla liderliyini qoruyur. 18 turdan 43 toplamış “Yuventus” “neradzurri”ni daban-daban təqib edir.
“İnter” növbəti oyununu Şənbə günü, yanvarın 13-də keçirəcək. “Neradzurri” A Seriyasının 20-ci turunda səfərdə “Montsa” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


