İnzaqi: “İnter” şənbə günü məni yenə ilhamlandıracaq”

“İnter”in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının finalında Fransa nəhəngi PSJ ilə oyundan gözləntisini açıqlayıb.

Arena.az ESPN şəbəkəsinə istinadən, 49 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“İnter” şənbə günü finalda PSJ ilə qarşılaşacağında, A Seriyasının çempionluğunu sonuncu günündə “Napoli”yə buraxdığını unutmağa çalışacaq. Cümə günü heç də asan gün deyildi, inanın mənə. Bu, çox mürəkkəb çempionat idi. Geriyə boylanmağa lüzum yoxdur, futbolda həmişə irəliyə baxmaq gərəkdir. Belini dikəlt və haydı, irəli!

Bu gün mən oyunçularımı yenə gördüm, biz küçədə birlikdə nahar etdik. Bizim qarşımızda vacib oyun var, amma bu komanda məni həmişə ilhamlandırıb. Fikrimcə, şənbə günü bunu yenə edəcək”, deyə İnzaqi vurğulayıb.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının PSJ və “İnter” arasındakı final oyunu mayın 31-də Münhenin “Arena Münhen” stadionunda keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: