İran qəzeti Ronaldonun xanımının arxasına “əl gəzdirdi” – Foto

İranın “Həmşəhri” qəzeti “Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldonun xanımı Corcina Rodrigesin şəklində ombasını redaktə edib.

Arena.az məlumat verir ki, qəzet redaktə etdiyi şəkildə Corcinanın iri, yumru ombasını “kəsərək”, xeyli kiçildib.

“Corcina Rodriges çox əsəbidir. O, bədəni üzərində çox çalışır və əyriləri ilə çox fəxr edir. Bu, dünyanın bəzi yerlərində qadınlara baxışın dəyişdiyini göstərir. Bu, sadəcə bir daldır”, – “The Sun” nəşri dərc edib.

Xatırladaq ki, Ronaldo bu şəkli sosial şəbəkədə xanımı və uşaqları ilə özünün 39 yaşını qeyd etdiyi ailə məclisində şəkdirib. İran qəzeti bu fotoşəkli dərc edib, amma redaktorlar qərara alıblar ki, Corcinanın iri, yumru ombası İran dəyərlərinə uyğun deyil. Buna görə də onlar Corcinanın ombasına “əl gəzdiriblər”.

Xəbəri sosial şəbəkələrdə paylaş: