İsmaila Sarr Marsel “Olimpik”ində – 13 milyonluq transfer

Futbol üzrə Seneqal yığmasının və İngiltərənin “Uotford” klubunun sağ cinah vingeri İsmaila Sarr Marsel “Olimpik”inə keçib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Liqa 1 nəhəngi bu transfer üçün 13 milyon avrosundan keçib. 25 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.

İsmaila Sarr peşəkar karyerasına Fransanın “Mets” klubunda başlayıb. Daha sonra o, “Renn”də də forma geyinib. Sarr “Uotford”a 2019-cu ilin avqustunda 30 milyon avro qarşılığında keçmişdi. O, İngiltərə klubunda 131 oyuna 34 qol vurub, 24 məhsuldar ötürmə müəllifi olub. Futbolçu Seneqal yığmasında da 54 oyun keçirib, 11 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: