Bu gecə futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir qarşılaşma baş tutub.
Sonuncu finalçının adına “Atletik” – “Atletiko” matçında aydınlıq gəlib. Qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vuran Bilbao təmsilçisi həlledici oyunda iştirak hüququ qazanıb.
Xatırladaq ki, daha öncə “Malyorka” da finala vəsiqə qazanmışdı.
Beləliklə, İspaniya Kubokunda 2023/2024 mövsümünün final görüşü “Atletik”lə “Malyorka” arasında baş tutacaq. Həlledici oyunun vaxtı və məkanı daha sonra bəlli olacaq.
İspaniya Kuboku
Yarımfinalın cavab oyunları
27 fevral
Real Sosyedad – Malyorka 1:1 (Penaltilər 4:5)
Qollar: M.Oyarsabal, 71 – C.Qonsales, 50.
İlk oyun 0:0
28 fevral
Atletik – Atletiko 3:0
Qollar: İ.Uilyams, 13. N.Uilyams, 42. Quruseta, 61.
İlk oyun 1:0