İspaniya kubokunda ikinci finalçı da bəlli oldu

Futbol üzrə İspaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə də bir görüş baş tutub.

“Betis” doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Bu komandalar arasındakı ilk oyunda “Betis” 2:1 hesabıyla qalib gəlmişdi. Cavab görüşündə qalib müəyyənləşmədiyi üçün sözügedən komanda finala yüksəlib.

Daha öncə “Valensiya” iki oyunun nəticəsinə görə “Atletiko”nu üstələyərək İspaniya kubokunda həlledici oyuna yüksəlmişdi. Beləliklə, aprelin 23-də baş tutacaq final görüşündə “Valensiya” və “Betis” komandaları üz-üzə gələcək.

İspaniya kuboku
Yarımfinal

2 mart

Valensiya – Atletik 1:0 (ilk oyun 1:1)
Qol: Qedes, 43.

3 mart

Betis – Rayo Valyekano 1:1 (ilk oyun 2:1)
Qol: B.İqlesias, 90+2 – Bebe, 80.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: