İspaniya Kubokunda sonuncu yarimfinalçı “Atletiko” oldu

Ötən gecə futbol üzrə İspaniya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Mərhələnin sonuncu oyununda Madrid “Atletiko”su ilə “Sevilya” komandaları üz-üzə gəliblər. Oyunun taleyini bir qol həll edib. Meydan sahibləri son dəqiqələrdə vurduqları qolla yarımfinala yüksəliblər.

Daha öncə “Real Sosyedad”, “Malyorka” və “Atletik” də yarımfinalda oynamaq hüququ qazanmışdılar.

İspaniya Kubokunda yarımfinal mərhələsinin püşkü bu gün atılacaq. Finala vəsiqə uğrunda oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.

İspaniya Kuboku
1/4 final
23 yanvar

Selta – Real Sosyedad 1:2
Qollar: De le Torre, 90+2 – Oyarsabal, 2. Bekker, 66.

24 yanvar

Malyorka – Jirona 3:2
Qollar: Larin, 21. Prats, 28; 35 – Stuani, 68-pen. Savio, 90+6.

Atletik – Barselona 4:2
Qollar: Quruseta, 1. Sanset, 49. İ.Uilyams, 105-2. N.Uilyams, 120+1 – Levandovski, 26. Yamal, 32.

25 yanvar

Atletiko – Sevilya 1:0
Qol: Depay, 79.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: