Bu gün futbol üzrə İtaliya Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
“Milan”la “İnter” arasında baş tutan derbidə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qolla kifayətləniblər.
Xatırladaq ki, İtaliya Kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları aprelin 23-də və 24-də keçiriləcək.
İtaliya Kuboku
Yarımfinalın ilk oyunları
1 aprel
Empoli – Bolonya 0:3
Qollar: Orsolini, 23. Dallinqa, 29; 51.
2 aprel
Milan – İnter 1:1
Qollar: T.Abraham, 47 – H.Çalhanoğlu, 67.


