Qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Jalə Əliyeva Slovakiyada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunmuş Avropa çempionatı davam edir.
Yarışın 5-ci günündə qadın güləşçilərin mübarizəsinə yekun vurulub. Millimizin üzvlərindən Jalə Əliyeva bürünc medal qarşılaşmasında gücünü sınayıb. O, yekunda bu qitə birinciliyinin üçüncüsü olub.
Avropa çempionatı
Qadın güləşi
11 aprel
57 kq-da yarışan Jalə Əliyeva bürünc medal uğrunda Yenna Hemyae ilə qarşılaşıb. O, rəqibini 10:3 hesabı ilə məğlub edərək, Avropa çempionatının bürünc mükfatını qazanıb. Bu komandamızın yarışdakı ilk və son medalı olub.
Qadın güləşi üzrə yığmamızın digər üzvlərindən Ruzanna Məmmədovanın (62 kq) böyüklərin qitə birinciliyində debütü uğurlu alınmayıb. Gənc güləşçimiz ilk mərhələdə almaniyalı Luisa Niemeşə 1:7 hesabıyla uduzub.
Ötən il Avropa çempionu olmuş Alyona Kolesnik (59 kq) bu dəfə medalsız qalıb. O, bürünc medal uğrunda qarşılaşmada italiyalı Aurora Russoya 1:3 hesabıyla məğlub olub.


