Jeam Oliveyra “Sumqayıt”da!

Braziliyanın “Kaşias” klubunun 31 yaşlı mərkəz hücumçusu Jeam Oliveyra bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Azərbaycan klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.

Tam adı Jeam Eugenio de Oliveyra olan futbolçu Braziliyanın “Fortaleza” klubunun yetirməsidir. O, “Kaşias”, “Floresta”, “Treze”, “Aqua Santa”, “Laqarto”, “Jakuipense”, “Mixto”, “Nautiko”, “Pakajus”, “Atletiko Alaqoinyas”, “Patrosinense”, “Juazeyrense”, “Jako Bina”, “Amerika RN”, CSA, “Baiya”, “Kuyaba”, “Kapivarianu”, “Fortaleza” kimi klubların da formasını geyinib.

Jeam Oliveyra karyerası ərzində bu qədər klubu “əlcək” kimi dəyişməsinə baxmayaraq, futbolda heç bir titulu yoxdur.

“Sumqayıt” daha öncə Xeymes Almeydanı da transfer etmiş, Emil Mustafayevin isə transfer hüquqlarına yiyələnmişdi. Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı, Mehdi Cənnətov və Abdul Raşid Mumini də komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: