İspaniya La Liqasının 16-cı turunda “Jirona”ya qarşı ev oyunu (2:4) “Barselona” üçün xoşagəlməz mənada əlamətdar olub.
Arena.az məlumat verir ki, Kataloniya klubu tarixində ilk dəfə İspaniya çempionatında “Jirona”ya məğlub olub və müvafiq olaraq, bu oyunda bu rəqibdən ilk ev məğlubiyyətini alıb.
Əvvəllər İspaniya çempionatı çərçivəsində bu iki komanda arasında 6 oyun keçirilib. Bu oyunlarda “Barsa” 4 qələbə qələbə qazanıb, 2 heç-heçə edib.
Vurğulayaq ki, hər iki komanda Kataloniya əyalətini təmsil edir. Tarixən “Barselona” Kataloniyanın nəhəngi, hazırda yüksəlişdə olan “Jirona” isə kiçik bir klub kimi qəbul edilib.
Hazırda “Jirona” 16 turdan sonra 41 xalla La Liqanın lideridir. “Barsa” isə 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Növbəti, 17-ci turda turda “Barselona” “Valensiya” ilə səfərdə qarşılaşacaq, “Jirona” isə “Alaves”i qonaq edəcək. Oyunlar müvafiq olaraq 17 və 19 dekabrda keçiriləcək.


