Prezidenti Joan Laporta “Barselona”nın 125 illik yubileyini qeyd edəcəyi 2024-cü il öncəsi Kataloniya klubunun azarkeşlərinə müraciət edib.
Arena.az “Marca” nəşrinə istinadən klub prezidentinin bu barədə fikirlərini təqdim edir:
“Barsa” 125 illik tarixini həmişəkindən daha güclü, ümidli və həyəcanlı bir indisi və gələcəyi ilə qeyd edəcək ki, bunu yeni “Espai Barça” (“Barselona” infrastrukturunun yenilənməsi layihəsi – redaktorun qeydi) – klubumuzun gündəlik mahiyyətini təmsil edən futbol, basketbol, həndbol, xokkey, futzal və həvəskar idman növlərimiz üçün yerin olduğu xəyal səhnəsi vasitəsilə bütün üzvlərimiz və azarkeşlərimizlə bölüşmək istəyirik.
Harada olmağımızdan asılı olmayaraq, biz hamımız istedad, təvazökarlıq, səy, komanda işi və hörmət kimi dəyərlərimizi bütün dünyaya yaymaq üçün “kule” ailəsini gücləndirir və inkişaf etdiririk”, deyə Joan Laporta bildirib.
La Liqanın 18 turundan sonra “Barselona” 38 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. La Liqaya 45 xalla “Real” başçılıq edir. “Barselona” Çempionlar Liqasında da mübarizəni davam etdirir və yarışın ələmə mərhələsində İtaliya A Seriyasının cari çempionu “Napoli” ilə qarşılaşacaq.


