Joan Laporta növbəti prezident seçkilərində də iştirak edəcək

“Barselona”nın cari prezidenti Joan Laporta klubun 2026-cı ildə keçiriləcək növbəti prezident seçkilərində də iştirak edəcəyini bildirib.

Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir:

“Qanuna görə, mən bunu edə bilərəm – yenidən namizəd olmaq hüququm var. Nə qədər ki, bunu bacarıram, indiki idarə heyəti ilə birlikdə bunu edəcəyəm və etmək istəyirəm, çünki onlar çox çalışırlar və layihəyə sadiqdirlər. Sonrasını isə görəcəyik”, deyə Laporta bildirib.

Xatırladaq ki, Joan Laporta sonuncu dəfə 2021-ci ildə Kataloniya nəhənginin prezidenti seçilib. Bundan əvvəl Laporta 2003-cü ildəki seçkilərdə qalib gəlmiş, 2006-cı ildə də vəzifəsini qoruyub saxlaya bilmiş, amma 2015-ci ildə keçirilmiş seçkilərdə Xosep Bartomeuya uduzmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: