Joan Laporta: “Real” 70 ildir ki, hakimləri idarə edir”

“Barselona”nın prezidenti Joan Laporta “Real”ı İspaniya arbitrajına münasibətinə görə tənqid atəşinə tutub.

Arena.az RAC1 dərgisinə istinadən, Laportanın bu barədə fikirlərini təqdim edir:

“Madrid özünü pis aparır, qəbuledilməz ucuzluq nümayiş etdirir. Hakim Xoakin Agirre “Real”ın xahişi əsasında Neqreyranın məhkəməsini uzadıb. Bir ildir ki, heç nə tapa bilmirlər. Sübut edildi ki, biz hakimləri ələ almamışıq, araşdırma müddətinin uzadılmasının da həddi var. Buna qədər “Real” 70 il ərzində hakim sədrlərinə nəzarət edirdi, amma biz bu haqda danışmırıq.

“Real” televiziyasının etdikləri biabırçılıqdır. Əgər onların hər hansı bir dürüstlükləri varsa, mən başa düşmürəm ki, necə belə bir şey edə bilərlər. Hakimlər Komitəsi və federasiya hərəkətə keçməlidir”, deyə Joan Laporta sərt surətdə bildirib.

Xatırladaq ki, İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin sabiq vitse-prezidenti Xose Neqreyra rüşvətxorluqda ittiham edilir. “Barselona”nın Neqreyraya 2001-2018-ci illər ərzində ödədiyi 7,7 milyon avro məbləğ məhkəmə tərəfindən rüşvət olaraq qiymətləndirilib və Neqreyraya qarşı rüşvətxorluq maddəsi ilə məhkəmə işi açılıb. “Barselona” futbol klubu da bu ittihamla üz-üzədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: