Jorje Jezus Portuqaliyanın dəstəyinə ümid edir

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus Kristiano Ronaldonun yığmanın düşərgəsini tərk etməsindən sonra ölkənin onu dəstəkləyəcəyinə ümid edir.

Arena.az xəbər verir ki, Jesus bu barədə “Record” nəşrinə açıqlamasında danışıb.

Kristiano Ronaldo UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Danimarka ilə oyundan əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. 41 yaşlı hücumçu bu qərarının səbəbləri barədə gələcəkdə danışacağını bildirib.

Ronaldo turnirin 2-ci turunda Norveçlə keçirilən və Portuqaliyanın 2:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada meydana çıxmayıb. “O Jogo” nəşrinin məlumatına görə, futbolçu bir daha milli komandada çıxış etmək niyyətində deyil.

Bu qalmaqalla bağlı Jorje Jezusdan ölkənin və azarkeşlərin onun tərəfində olub-olmadığı soruşulub:

“Bilmirəm. Belə olmasını istərdim. Düşünürəm ki, hər kəs Portuqaliyanın böyük yetkinlik və cəsarətli ideyalarla oyun nümayiş etdirməsindən razıdır. Məşqçinin həyatında uğuru təmin edən yalnız bir şey var – qələbə”, – deyə Jorje Jezus bildirib.

Qeyd edək ki, Portuqaliya Danimarkanı 4:2 hesabı ilə məğlub edib. Bununla da komanda Jesusun rəhbərliyi altında keçirdiyi üç oyunda üçüncü qələbəsini qazanıb.

Portuqaliya millisi UEFA Millətlər Liqasının 4-cü turunda oktyabrın 4-də Norveçi qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: