Juan Jezus: “Skudettonu qazanmaq istəyirik”

“Napoli”nin 33 yaşlı braziliyalı mərkəz müdafiəçisi Juan Jezus İtaliya A Seriyasının 31-ci turunun “Bolonya” ilə səfər oyununu (1:1) şərh edib.

Arena.az braziliyalı futbolçunun müvafiq qənaətini təqdim edir:

“Pis keçmiş ikinci hissədən sonra, biz heç-heçə ilə qaneyik. Bu, ədalətli nəticədir. Qarşıda isə bizi, rahatlaşmağa haqqımız olmayan yeddi final oyunu gözləyir. Skudettonu qazanmaq istədiyimizi gizlətmək olmaz. Odur ki, lider “İnter”dən üç xallıq fərqi aradan qaldırmaq gərəkdir”, deyə Juan Jezus vurğulayıb.

“Bolonya”nın 24 yaşlı isveçrəli sağ cinah hücumçusu Dan Ndoye də “Napoli”yə vurduğu qolu şərh edib:

“Bu stadionda oynamaq həmişə xoşdur. Evdə həmişə əlavə ilham mənbəyi var. Mən topun mənə doğru gəldiyini hiss etdim və müvafiq vəziyyətdə zərbə vurmaq üçün yeganə üsula cəhd etdim. Topu tora qovuşdurduğum üçün isə şadam”, deyə Ndoye vurğulayıb.

“Napol” və “Bolonya”nın isveçrəli keçmiş mərkəz yarımmüdafiəçisi Blerim Cemaili də bu komandalar arasında baş tutmuş görüşə şərh verib:

“Birinci hissə “Napoli”nin xeyrinə idi. İkinci hissədə isə “Bolonya” yüksək təpkisi ilə neapollulara böyük fəsadlar yaratdı. Odur ki, heç-heçə – oyunun ədalətli nəticəsidir”.

Xəbəri sosial şəbəkələrdə paylaş: