Kalvin Besso “Ayaks”ı “Fulhem”ə dəyişdi – 22,5 milyona

Futbol üzrə Nigeriya yığmasının və Niderlandın “Ayaks” klubunun mərkəz müdafiəçisi Kalvin Bessi “Fulhem”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. “Fulhem” bu transfer üçün 22,5 milyon avro xərcə düşüb.

Kalvin Bessi İngiltərənin “Lester Siti” klubunun yetirməsidir. 2020-ci ildə bu klubdan Şotlandiya “Reyncers”inə keçən müdafiəçi “Ayaks”a ötən ilin iyul ayında 23 milyon avro qarşılığında keçmişdi. O, Niderland nəhəngində 39 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Bessi Nigeriya milli komandasında da 10 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: