“Yuventus”un keçmiş baş məşqçisi Fabio Kapello Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turundakı “Ştutqart”la ev oyununu şərh edib.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis “qoca sinyora”nın 0:1 hesablı ev məğlubiyyəti mənzərəsində İtaliya futbolunu tənqid edib:
“Biz qaçan və təpki edən rəqiblərə qarşı oynayanda çətinlik çəkirik. İtaliya futbolu çox astagəldir. Vizə daha çox sürət və rəqabət gərəkdir”, deyə Kapello vurğulayıb.
3 turdan sonra “Yuventus” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 6 xalla 14-cü pillədə qərarlaşıb. “Ştutqart” isə 4 xalla 19-cu pillədədir.


