Karlo Ançelotti: “Komandanı qınamağa heç bir əsasım yoxdur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Kral Kubokunun 1/8 finalında Madrid “Atletiko”suna məğlubiyyətini şərh edib.

Arena.az italyan mütəxəssisin bu barədə oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:

“Komanda əlverişsiz vəziyyətdə idi. Hazırlaşmaq üçün bir həftəmiz yox idi. Buna baxmayaraq, kollektiv rəqabətəqadir görünürdü və heç də yorğun görünmürdü. İndi yaxın bir neçə gündə yaxşı məşq etmək imkanımız var.

Liqada yaxşı çıxış edirik, amma kubokda belə alınmadı. “Atletiko” xüsusilə evdə çox qol vuran komandadır. Qol buraxdıq, həm də çoxlu qol vurduq.

Mənə elə gəlmədi ki, əlavə vaxtda komandamın futbolçularının fiziki vəziyyəti pisləşdi. Biz bütün gücümüzü verdik, komandanı qınamağa heç bir əsasım yoxdur”, deyə Karlo Ançelotti bildirib.

Vurğulayaq ki, “Real” cari mövsümdə cəmi 2 dəfə məğlub olub və bu məğlubiyyətlətin hər ikisini “Atletiko” ilə oyunlarda alıb. Həmçinin “döşəkçilər” bu qələbə sayəsində “Real”ın 21 oyunluq məğlubiyyətsizlik silsiləsinə xitam veriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: