Karlo Ançelotti: “Real”ın hücum xətti tamamlanıb”

İspaniya nəhəngi “Real”ın italyan baş məşqçisi Karlo Ançelotti komandasının hücum xəttinin mövcud əziyyətindən danışıb.

Arena.az COPE-yə istinadən Ancelottinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Hücumçular? Bizim hücum xəttində oyunçularımız var və bu, kifayətdir. Biz tamamlanmışıq. İrəlidə hər şey yaxşıdır. Braim və Xoselu fayda gətirə biləcəklərini sübut etdilər. “Real”ın qol vurmaq üçün resursları var”, deyə Ançelotti bildirib.

Son həftələr PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin “Real”a keçidi ilə bağlı çoxlu söz-söhbətlər yayılıb. Fransalı ulduza Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu da iddia edir. Ançelotti mətbuat konfransında müvafiq mümkün transferlə bağlı şərh verməkdən imtina edib.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə “Real” Kral Kubokunu qazanıb, ölkə çempionatında gümüş medalla kifayətlənib və UEFA Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: