Portuqaliyalı futbol mütəxəssisi Karlos Keyroş cəmi 2 ay öncə ayrıldığı Qana milli komandasının baş məşqçisi vəzifəsinə təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Qana Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Federasiya rəhbərliyi portuqaliyalı mütəxəssislə milli komandaya yenidən rəhbərlik etməsi barədə razılığa gəlib.
73 yaşlı mütəxəssis iyulun əvvəlində Qana millisindən ayrıldığını açıqlamışdı. Buna DÇ-2026-nın 1/16 final mərhələsində Kolumbiya yığmasına 0:1 hesablı məğlubiyyət səbəb olmuşdu.
Qeyd edək ki, Karlos Keyroş daha öncə 2026-cı ilin aprelində Qana millisinin baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlmişdi. Qana yığması mundialın qrup mərhələsində Panama üzərində 1:0 hesablı qələbə qazanıb, Xorvatiyaya 1:2 hesabı ilə uduzub, İngiltərə ilə isə qolsuz heç-heçə edib.
Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində üç müxtəlif milli komandanı dünya çempionatına çıxarıb. O, Cənubi Afrika (2002), Portuqaliya (2010) və İran (2014, 2018, 2022) yığmalarına da mundialda rəhbərlik edib.
Keyroş həmçinin İspaniyanın “Real” klubunda, eləcə də BƏƏ, Kolumbiya, Misir, Qətər və Oman milli komandalarında çalışıb.


