“Real”ın keçmiş qapıçısı İker Kasilyas hesab edir ki, “kral klubu” 2023/2024 mövsümündə qapı xəttindəki rəqabətdən ancaq faydalanıb.
Arena.az Kasilyasın bu barədə fikirlərini təqdim edir:
“Andrey Lunin üçün o qədər də asan olmadı, çünki o, dünyanın ən yaxşı qapıçısını əvəz edirdi. Vəzifənin öhdəsindən isə gəldi. Çox yaxşı gəldi. Demək lazımdır ki, Kepa Arrisabalaqa imkanlarını əldən verəndə məyus olmadı. Hər ikisi öz səviyyəsini sübut etdi və bu mövsüm komandanın uğurlarına qoşuldular. Karlo Ançelotti hər şeyi düzgün etdi.
Qapıçılarla bağlı vəziyyətdə hər şey “Real”ın xeyrinə oldu. Əminəm ki, Tibo Kurtua sağalacaq və yeni mövsüm öncəsi yüksək formada olacaq. “Real” yalnız bütün bu vəziyyətdən faydalandı”, deyə Kasilyas vurğulayıb.
Xatırladaq ki, “Real”ın əsas qapıçısı Tibo Kurtua zədə səbəbindən geridə qalmış 2023/2024 mövsümündə komandasına demək olar ki, kömək edə bilməyib. Onun yoxluğunda ukraynalı qolkiper Andrey Lunin əsas qapıçıya çevrilib və əksər oyunlarda Madrid təmsilçisinin qapıısını qoruyub. İngiltərənin “Çelsi” klubundan icarəyə götürülmüş Kepa Arrisabalaqa isə “Real”da əvəzedici qapıçı kimi forma geyinib.
“Real” 2023/2024 mövsümündə həm İspaniya La Liqasının, həm də UEFA Çempionlar Liqasının qalibi olub.


