Kassano İnzaqinin “İnter”dəki işini tənqid etdi

“İnter”in və “Real”ın italyan sabiq hücumçusu Antonio Kassano “neradzurri”nin baş məşqçisi Simone İnzaqinin işindən danışıb.

Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, Kassano daha çox tənqidi mövqeyi ilə diqqət cəlb edib:

“İnzaqinin səyahətinə baxsanız, o, “İnter”də ilk üç ayını çox yaxşı keçirdi və mən dedim ki, onda Kontedən nəsə var. Daha sonra o, daha güclü heyətlə “Milan”a qarşı mübarizədə skudettonu əldən verərək fəlakətə səbəb oldu. Onun heyrətamiz komandası vardı, birincisi budur.

Keçən mövsüm o, “qızıl” qazanmalı olsa da, “Napoli”yə uduzdu. “İnter”in gözəl heyəti vardı, amma başqa bir fəlakət baş verdi. Onun, “Portu”nu məğlub edib Çempionlar Liqasının finalına yüksəlməklə bəxti gətirdi, amma qalib gəlməyə layiq deyildi.
İnzaqi təqdim edildiyi qədər də böyük bir məşqçi deyil: o, bu il A Seriyasını qazandı, amma əvvəllər iki dəfə məğlub olub. Onun nəticələri, olması gərək olduğundan daha pisdir. İnzaqinin heyəti digərlərindən o qədər güclüdür ki, onun çempionluğuna təəccüblənmirəm”, deyə iti dili ilə tanınan Kassano bildirib.

Simone İnzaqi “neradzurri”nin sükanı arxasına 2021-ci ilin iyununda keçib. 48 yaşlı italyan mütəxəssisin Milan təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

İnzaqinin “İnter”ə rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 158 oyun, 104 qələbə, 28 heç-heçə, 26 məğlubiyyət. “Neradzurri”nin top fərqi isə 313:134 nisbətindədir.

İtalyan mütəxəssis “İnter”ə cari mövsüm İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu, 3 dəfə isə İtaliya Super Kubokunu qazandırıb. Ötən mövsüm isə Simone İnzaqinin “İnter”i Çempionlar Liqasının finalında oyun zəkası və fəaliyyəti baxımından üstün olduğu bir mübarizədə Xosep Qvardiolanın “Mançester Siti”sinə 0:1 hesabı məğlub olaraq, gümüş medalla kifayətlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: