Kolo Muani “Çelsi”yə keçir?

Fransa yığmasının və Frankfurt “Ayntraxt”ının hücumçusu Randal Kolo Muani cari transfer pəncərəsində “Çelsi”yə keçə bilər.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Mançester Yunayted” və “Tottenhem” də 24 yaşlı fransalı hücumçuya iddialıdırlar. Bu mübarizəyə Almaniya nəhəngi “Bayern” də qoşulmaq niyyətindədir. Qiyabi olaraq PSJ və “Nyukasl” da Kolo Muaniyə göz yetirirlər.

Geridə qalmış 2022/2023 mövsümündə Kolo Muani “Ayntraxt”ın heyətində 46 oyuna çıxıb, 23 qol vurub, 17 məhsuldar ötürmə verib.

Kolo Muaninin Frankfurt klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Randal Kolo Muanini 80 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “zadəganlar” Kolo Muanini klubun belçikalı hücumçusu Romelu Lukakuya əvəz olaraq nəzərdən keçirirlər. Daha əvvəl “Çelsi”nin Lukakunun transferi ilə bağlı “Yuventus”la razılığa gəldiyi haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: