Kristian Pulişiç “Milan” yolunda

İngiltərənin “Çelsi” klubu “Milan”dan “zadəganlar”ın və ABŞ yığmasının sol cinah vingeri Kristian Pulişiç üçün təklif alıb.

Arena.az bu barədə “The Athletic”ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “rossoneri” “zadəganlar”a 14 milyon avro təklif edib. Eyni zamanda, “Çelsi” rəhbərliyi öz futbolçusunu xeyli baha qiymətləndirir. “Milan” artıq Pulişiçin nümayəndələri ilə müqavilənin şəxsi tərəflərini razılaşdırıb.

2022/2023 mövsümündə Kristian Pulişiç “Çelsi”nin heyətində 30 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Pulişiçin London klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Pulişiçi 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: