Kristiano Ronaldo anasına “Porsche” hədiyyə etdi

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo doğum günü münasibəti ilə anasına bahalı hədiyyə edib.

Arena.az məlumat verir ki, dekabr ayının 31-də Kristiano Ronaldonun anası Doloreş Aveyrunun 69 yaşı tamam olub.

Portuqal ulduz anasının doğum gününü qeyd etmək üçün Səudiyyə Ərəbistanından birbaşa Portuqaliyanın Madeyra adasına uçub.

Ronaldo anasının şərəfinə böyük bir ziyafət təşkil edib. Hədiyyə olaraq isə anasına dəbdəbəli alman “Porsche” avtomobili hədiyyə edib. “Cayenne” modeli olan ən son dəbli avtomobilin qiyməti tərtibatından asılı olaraq 72 min avrodan 90 min avro məbləğə qədər dəyişir. Qara “Porsche” ailə üzvlərinin iştirakı ilə xanım Doloreşə təqdim edilib. Qadın sevinc göz yaşlarına qərq olub.

Vurğulayaq ki, buna qədər də Ronaldo anasına bahalı avtomobil hədiyyə etmişdi. Bu, alman brendi “Mercedes Benz”in yolsuzluq maşını idi.

Kristiano Ronaldo məclisə xüsusi dəvət edilmiş qonaqlara da səxavətlə yanaşaraq, müxtəlif bahalı hədiyyələr edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: