Kristiano Ronaldo şəxsi mühafizəsini gücləndirdi

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo şəxsi mühafizə dəstəsini və tədbirlərini gücləndirib.

Arena.az bu barədə “Marca” nəşrinə istindən məlumat verir.

“Kriş” müvafiq tədbirə, özünün və ailəsinin ünvanına sosial şəbəkələrdə bir dəstə şəxs tərəfindən aldığı təhdidlərdən sonra əl atıb. Bu şəxslərin Səudiyyə Ərəbistanı ərazisində olduğu güman edilir.

Dəstə üzvləri Ronaldonu və ailəsini oğurluq və zorakılıqla hədələyiblər. Mühafizəsini gücləndirmək üçün Ronaldo portuqal keçmiş hərbçi Klaudio Migel Vyazı işə dəvət edib.

Vurğulayaq ki, Vyaz yüksək təhlükəli hərbi əməliyyatlarda iştirak təcrübəsinə malikdir.

Klaudio Migel Vyaz Kristiano Ronaldonun xanımı Corcina Rodrigesi Parisdə keçirilmiş dəb sərgisində müşayiət edib. Sərgidə iştirak etmiş bəzi qonaqlar keçmiş hərbçinin fotoqraflara münasibətdə aşırı davranışını qeyd ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: