Bu gün keçirilmiş oyunlarla futbol üzrə İspaniya çempionatında (La Liqa) 2026/2027-ci illər mövsümünə start verilib.
Arena.az xəbər verir ki, yeni mövsümün və 1-ci turun ilk oyun günündə iki qarşılaşma baş tutub.
Mövsümün açılış oyununda “Alaves” doğma meydanda “Xetafe”ni 3 cavabsız qolla məğlub edib. Günün digər oyunu “Sevilya” ilə “Rayo Valyekano” arasında baş tutub. Üç qolluq bu görüşdə də 3 xala sevinən tərəf meydan sahibləri olublar.
1-ci turun qalan görüşləri avqustun 16-da, 17-də, 25-də, 26-da və 27-də keçiriləcək.
İspaniya, La Liqa
1-ci tur
15 avqust
Alaves – Xetafe 3:0
Sevilya – Rayo Valyekano 2:1
16 avqust
19:00. Rasinq – Vilyarreal
21:00. Espanyol – Levante
17 avqust
23:00. Deportivo – Elçe
23:00. Atletiko – Malaqa
25 avqust
23:00. Valensiya – Betis
26 avqust
23:00. Real – Real Sosyedad
27 avqust
22:30. Selta – Osasuna
23:00. Barselona – Atletik


