La Liqa: “Alaves” və “Valensiya”dan qolsuz “sülh”

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Alaves” “Valensiya”nı qəbul edib. Tərəflər medanı qolsuz tərk ediblər.

Beləliklə, geridə qalmış 9 turdan sonra 24 xala malik “Real” vahid liderdir. “Barselona” 22 xalla ikinci, “Vilyarreal” 17 xalla üçüncü pillədə qərarlaşıb. “Atletiko” və “Betis”in 16, “Espanyol”un 15, “Elçe” və “Atletik”in 14 xalı var.

İspaniya, La Liqa
9-cu tur

17 oktyabr

Real Ovyedo – Espanyol 0:2
Qollar: K.Qarsiya, 70. Milla, 82.

18 oktyabr

Sevilya – Malyorka 1:3
Qollar: R.Varqas, 16 – Muriqi, 67. M.Jozef, 72; 77.

Barselona – Jirona 2:1
Qollar: Pedri, 13. Arauxo, 90+3 – Vitsel, 20.

Vilyarreal – Betis 2:2
Qollar: Buçanan, 44. Moleyro, 64 – Antoni, 66; 90+4.

Atletiko – Osasuna 1:0
Qol: Almada, 69.

19 oktyabr

Elçe – Atletik 0:0

Selta – Real Sosyedad 1:1
Qollar: P.Duran, 20 – Soler, 89.

Levante – Rayo Valyekano 0:3
Qollar: De Frutos, 12; 25. A.Qarsiya, 65.

Xetafe – Real 0:1
Qol: Mbappe, 80.

20 oktyabr

Alaves – Valensiya 0:0

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: