Futbol üzrə İspaniya çempionatında (La Liqa) 17-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.
“Valyadolid” doğma meydanda “Rayo Valyekano”ya məğlub olub. “Osasuna” “Malyorka”, “Real Sosyedad” isə “Atletik”lə ev oyunundan qələbə ilə ayrılıb. Səfərdə “Jirona” ilə qarşılaşan “Sevilya” isə turu məğlubiyyətlə başa vurub.
Bu turun “Betis” – “Barselona” və “Real” – “Valensiya” qarşılaşmaları bu komandaların superkubokdakı çıxışına görə təxirə salınıb.
İspaniya La Liqası
17-ci tur
13 yanvar
Selta – Vilyarreal 1:1
Qol: Larsen, 68 – Moreno, 15.
14 yanvar
Valyadolid – Rayo Valyekano 0:1
Qol: Palazon, 65.
Jirona – Sevilya 2:1
Qol: Stuani, 46. Herrera, 88 – Nyanzu, 13.
Osasuna – Malyorka 1:0
Qol: Oroz, 47.
Real Sosyedad – Atletik 3:1
Qol: Sorlot, 25. Kubo, 37. Oyarzabal, 62 – Sanset, 40.
15 yanvar
17:00. Xetafe – Espanyol
19:15. Almeriya – Atletiko
16 yanvar
00:00. Kadis – Elçe


