Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.
“Xetafe” – “Alaves” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Real Sosyedad” doğma meydanda “Malyorka”nı tək qolla üstələyib. Beş qolun qeydə alındığı “Atletiko” – “Rayo Valyekano” matçında da Madrid təmsilçisi çətin qələbəyə sevinib.
6-cı turun qalan görüşləri sentyabrın 25-də keçiriləcək. Bu turun “Selta” – “Betis” (1:1) matçı daha öncəki tarixidə baş tutub.
İspaniya, La Liqa
6-cı tur
23 sentyabr
Atletik – Jirona 1:1
Qollar: Jaureqizar, 48 – Unahi, 9.
Espanyol – Valensiya 2:2
Qollar: Kabrera, 59. Puado, 90+6 – Danjuma, 15. Duro, 62.
Levante – Real 1:4
Qollar: Etta Eyonq, 54 – Vinisius, 28. Mastantuono, 38. Mbappe, 63-pen; 66.
Sevilya – Vilyarreal 1:2
Qollar: Sou, 51 – Oluvaseyi, 17. Solomon, 86.
24 sentyabr
Xetafe – Alaves 1:1
Qollar: Arambarri, 63 – Gevara, 71.
Atletiko – Rayo Valyekano 3:2
Qollar: X.Alvares, 15; 80; 88 – Çavarriya, 45+1. A.Qarsiya, 78.
Real Sosyedad – Malyorka 1:0
Qol: Oyarsabal, 49.
25 sentyabr
21:30. Osasuna – Elçe
23:30. Real Ovyedo – Barselona


