Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 36-cı turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Rayo Valyekano” – “Betis” matçında qalib müəyyənləşməyib. Səfərdə “Osasuna” ilə qarşılaşmış Madrid “Atletiko”su 2 cavabsız qolla məğlub olub. “Xetafe” isə “Atletik”ə evdə oxşar hesabla uduzub.
Lider “Barselona” da səfərdə “Espanyol”la qarşılaşıb. Rəqibini 2 cavabsız qolla məğlub etmiş Kataloniya nəhəngi sona iki tur qalmış rəqibləri üçün əlçatmaza çevrilib və çempionluğu rəsmiləşdirib.
Qeyd edək ki, bu, “Barsa”nın tarixindəki 28-ci çempionluqdur. Rekord 36 çempionluğu olan “Real”a məxsusdur. “Atletiko” isə 11 dəfə çempion olub və bu siyahıda üçüncüdür.
La Liqanın 2024/2025-ci illər mövsümünün sonuna iki tur qalmış “Barselona” 85 xalla vahid liderdir. “Real” 78 xalla ikinci, “Atletiko” 70 xalla üçüncü pillədə qərarlaşıb. “Atletik”in 67, “Vilyarreal”ın 64, “Betis”in 59, “Selta”nın 52, “Rayo Valyekano” və “Osasuna”nın 48 xalı var.
İspaniya, La Liqa
36-cı tur
13 may
Valyadolid – Xetafe 0:1
Qol: Stuani, 80.
Real Sosyedad – Selta 0:1
Qol: A.Qonsales, 44.
Sevilya – Las Palmas 1:0
Qol: Paskual, 52.
14 may
Alaves – Valensiya 1:0
Qol: J.Jordan, 79-pen.
Vilyarreal – Leqanes 3:0
Qollar: A.Peres, 23; 31. N.Pepe, 45.
Real – Malyorka 2:1
Qollar: Mbappe, 68. X.Ramon, 90+5 – Valient, 11.
15 may
Osasuna – Atletiko 2:0
Qollar: Katena, 25. Budimir, 82.
Rayo Valyekano – Betis 2:2
Qollar: De Frutos, 37. Lejen, 45+6 – K.Hernandes, 51. İsko, 61-pen.
Espanyol – Barselona 0:2
Qol: L.Yamal, 53. F.Lopes, 90+6.
Xetafe – Atletik 0:2
Qollar: Quruseta, 76. Vivian, 89.




