La Liqa: “Barselona” 4 qol buraxdı, “Atletiko” xal itirdi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Selta” – “Atletiko” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Real Sosyedad” evdə “Rayo Valyekano”ya, “Espanyol” “Betis”ə məğlub olub. Dörd qolun qeydə alındığı “Alaves” – “Elçe” matçında isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

Turun ən gözlənilməz nəticələrindən biri “Sevilya” – “Barselona” matçında qeydə alınıb. Son çempion bu görüşdə böyük hesabla məğlub olub.

Beləliklə, geridə qalmış 8 turdan sonra 21 xala malik Madrid “Real”ı vahid liderdir. “Barselona” 19 xalla ikinci, “Vilyarreal” 16 xalla üçüncü pillədə qərarlaşıb. “Betis”in 15, “Atletiko”, “Sevilya”, “Elçe” və “Atletik”in 13, “Espanyol”un 12 xalı var.

İspaniya, La Liqa
8-ci tur

3 oktyabr

Osasuna – Xetafe 2:1
Qollar: Bretones, 45+3. Katena, 90 – Mayoral, 23.

4 oktyabr

Real Ovyedo – Levante 0:2
Qollar: K.Alvares, 30. Etta Eyonq, 72.

Jirona – Valensiya 2:1
Qollar: Vanat, 18. A.Martines, 63 – D.Lopes, 57.

Atletik – Malyorka 2:1
Qollar: İ.Uilyams, 9-pen. Reqo, 82 – S.Kosta, 77.

Real – Vilyarreal 3:1
Qollar: Vinisius, 47; 69-pen. Mbappe, 81 – Mikautadze, 73.

5 oktyabr

Alaves – Elçe 3:1
Qollar: K.Visente, 76-pen. T.Matines, 81. Boye, 90+5 – A.Silva, 90+3.

Sevilya – Barselona 4:1
Qollar: A.Sançes, 13-pen. İ.Romero, 36. Karmona, 90. A.Adams, 90+6 – Raşford, 45+7.

Espanyol – Betis 1:2
Qollar: Lozano, 15 – K.Hernandes, 54. Ezzalzuli, 63.

Real Sosyedad – Rayo Valyekano 0:1
Qol: Paça, 84.

Selta – Atletiko 1:1
Qollar: Aspas, 68 – Starfelt, 6-öz qapısına.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: