Futbol üzrə İspaniya çempionatında (La Liqa) 15-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
“Barselona” ilin son oyununda “Espanyol”u qəbul edib. Kataloniya təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. Üç qolun qeydə alındığı “Vilyarreal” – “Valensiya” matçında meydan sahibləri çətin qələbəyə seviniblər. “Real Sosyedad” isə “Osasuna” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.
Beləliklə, 15 turdan sonra zirvədə qərarlaşmış “Barselona” və “Real”ın 38 xalı var. “Real Sosyedad” 29 xalla üçüncü pilləyə yüksəlib. Madrid “Atletiko”su 27 xalla 4-cü, Bilbao “Atletik”i 25 xalla 5-cidir.
İspaniya La Liqası
15-ci tur
29 dekabr
Jirona – Rayo Valyekano 2:2
Qol: Kastelyanos, 34-pen. Says, 75-pen – Kamelyo, 2. Palazon, 62.
Betis – Atletik 0:0
Atletiko – Elçe 2:0
Qol: J.Feliks, 56. Morata, 73.
30 dekabr
Xetafe – Malyorka 2:0
Qol: Mayoral, 51; 78.
Kadis – Almeriya 1:1
Qol: L.Peres, 83 – Melero, 40.
Selta – Sevilya 1:1
Qol: Veyqa, 33 – Salas, 54.
Valyadolid – Real 0:2
Qol: Benzema, 83; 89.
31 dekabr
Barselona – Espanyol 1:1
Qol: M.Alonso, 7 – Xoselu, 73-pen.
Real Sosyedad – Osasuna 2:0
Qol: B.Mendes, 22. Sorlöt, 64.
Vilyarreal – Valensiya 2:1
Qol: Çukvueze, 45. Foyt, 88 – Kavani, 21.


