Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 33-cü turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyununda “Valensiya” doğma meydanda “Espanyol”la üz-üzə gəlib. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Lider “Barselona” isə “Malyorka”nı qəbul edib. Kataloniya nəhəngi bu görüşdə 3 xalı tək qolla qazanıb və çempionluğa daha bir addım yaxınlaşıb.
33-cü turun qalan görüşləri aprelin 23-də və 24-də keçiriləcək.
İspaniya, La Liqa
33-cü tur
22 aprel
Valensiya – Espanyol 1:1
Qollar: Querra, 57 – Puado, 40.
Barselona – Malyorka 1:0
Qol: Olmo, 46.
23 aprel
21:00. Atletik – Las Palmas
21:00. Selta – Vilyarreal
23:30. Alaves – Real Sosyedad
23:30. Xetafe – Real
24 aprel
21:00. Leqanes – Jirona
21:00. Osasuna – Sevilya
23:30. Atletiko – Rayo Valyekano
23:30. Betis – Valyadolid


