Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Malyorka” – “Leqanes” matçında qapılara qol vurulmayıb. “Rayo Valyekano” – “Valensiya” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Lider “Barselona” doğma meydanda “Selta” ilə münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı görüşdə Kataloniya təmsilçisi çətin qələbəyə sevinib.
Madrid “Atletiko”su isə “Las Palmas”la səfər oyununda məğlubiyyətə üzülüb.
32-ci turun qalan görüşləri aprelin 20-də və 21-də keçiriləcək.
İspaniya, La Liqa
32-ci tur
18 aprel
Espanyol – Xetafe 1:0
Qol: M.Kumbulla, 39.
19 aprel
Rayo Valyekano – Valensiya 1:1
Qollar: Tarreqa, 45-öz qapısına – U.Sadiq, 75.
Barselona – Selta 4:3
Qollar: F.Torres, 12. D.Olmo, 64. Rafinya, 68; 90+8-pen – B.İqlesias, 15; 52; 62.
Malyorka – Leqanes 0:0
Las Palmas – Atletiko 1:0
Qol: X.Munyos, 90+3.
20 aprel
16:00. Valyadolid – Osasuna
18:15. Vilyarreal – Real Sosyedad
20:30. Sevilya – Alaves
23:00. Real – Atletik
21 aprel
23:00. Jirona – Betis


