La Liqa: “Barselona” “Selta” üzərində inamlı qələbəyə sevindi

Futbol üzrə İspaniya çempionatında (La Liqa) 36-cı tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Turun ilk matçında “Valensiya” doğma meydanda “Betis”ə 3 cavabsız qolla məğlub olub. “Qranada” isə evdə “Atletik”i tək qolla yenib.

Çempionlar Liqasına vəsiqə verən mövqeni qorumağa çalışan “Barselona” bu turda “Selta” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda Kataloniya təmsilçisi sevinən tərəf olub.

Dördüncü pillədə qərarlaşan və ötən turda çempion “Real”ı məğlub edən “Atletiko” səfərdə “Elçe” ilə üz-üzə gələcək. Turun son matçında isə “Real” Madriddə “Levante”ni qəbul edəcək.

İspaniya La Liqası
36-cı tur

10 may

Valensiya – Betis 0:3
Qol: V.Xose, 57. Kanales, 87. B.İqlesias, 90.

Qranada – Atletik 1:0
Qol: Kollado, 35.

Barselona – Selta 3:1
Qol: Depay, 30. Obameyanq, 41; 48 – Aspas, 50.

11 may

21:00 Alaves – Espanyol
21:00 Osasuna – Xetafe
22:30 Sevilya – Mayorka
23:30 Elçe – Atletiko

12 may

21:00 Real Sosyedad – Kadis
22:00 Rayo Valyekano – Vilyarreal
23:30 Real – Levante

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: