La Liqa: “Barselona” və “Atletiko”dan çətin qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Vilyarreal” – “Betis” matçında qalib müəyyənləşib. “Sevilya” doğma meydanda “Malyorka”ya məğlub olub.

Madrid “Atletiko”su bu dəfə evdə “Osasuna”nı tək qolla üstələyib. “Barselona” isə “Jirona” ilə ev oyunundan qalib ayrılıb.

9-cu turun qalan görüşləri oktyabrın 19-da və 20-də keçiriləcək.

İspaniya, La Liqa
9-cu tur

17 oktyabr

Real Ovyedo – Espanyol 0:2
Qollar: K.Qarsiya, 70. Milla, 82.

18 oktyabr

Sevilya – Malyorka 1:3
Qollar: R.Varqas, 16 – Muriqi, 67. M.Jozef, 72; 77.

Barselona – Jirona 2:1
Qollar: Pedri, 13. Arauxo, 90+3 – Vitsel, 20.

Vilyarreal – Betis 2:2
Qollar: Buçanan, 44. Moleyro, 64 – Antoni, 66; 90+4.

Atletiko – Osasuna 1:0
Qol: Almada, 69.

19 oktyabr

16:00. Elçe – Atletik
18:15. Selta – Real Sosyedad
20:30. Levante – Rayo Valyekano
23:00. Xetafe – Real

20 oktyabr

23:00. Alaves – Valensiya

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: