La Liqa: “Barselona”dan “Real Ovyedo” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Osasuna” – “Elçe” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Səfərdə “Real Ovyedo” ilə qarşılaşmış son çempion “Barselona” isə əzmkar qələbəyə sevinib.

Xatırladaq ki, 6-cı turun “Selta” – “Betis” (1:1) matçı daha öncəki tarixidə keçirilmişdi.

Beləliklə, 6 turdan sonra maksimum nəticə göstərmiş Madrid “Real”ı 18 xalla vahid liderdir. “Barselona” 16 xalla ikinci, “Vilyarreal” 13 xalla üçüncüdür. “Espanyol” 11, “Elçe”, “Atletik” və “Xetafe” 10 xal toplayıblar.

İspaniya, La Liqa
6-cı tur

23 sentyabr

Atletik – Jirona 1:1
Qollar: Jaureqizar, 48 – Unahi, 9.

Espanyol – Valensiya 2:2
Qollar: Kabrera, 59. Puado, 90+6 – Danjuma, 15. Duro, 62.

Levante – Real 1:4
Qollar: Etta Eyonq, 54 – Vinisius, 28. Mastantuono, 38. Mbappe, 63-pen; 66.

Sevilya – Vilyarreal 1:2
Qollar: Sou, 51 – Oluvaseyi, 17. Solomon, 86.

24 sentyabr

Xetafe – Alaves 1:1
Qollar: Arambarri, 63 – Gevara, 71.

Atletiko – Rayo Valyekano 3:2
Qollar: X.Alvares, 15; 80; 88 – Çavarriya, 45+1. A.Qarsiya, 78.

Real Sosyedad – Malyorka 1:0
Qol: Oyarsabal, 49.

25 sentyabr

Osasuna – Elçe 1:1
Qollar: Munyos, 10 – Pedrosa, 90+2.

Real Ovyedo – Barselona 1:3
Qollar: A.Reyna, 33 – E.Qarsiya, 56. Levandovski, 70. Arauxo, 88.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: