Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün sonuncu – 38-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Betis” doğma meydanda “Valensiya” ilə qarşılaşıb. Tərəflər mövsümün son oyununda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beləcə, “Betis” mövsümü 60 xalla 6-cı pillədə başa vurub və gələn mövsüm İspaniyanı Avropa Liqasında təmsil etmək hüququ qazanıb. “Valensiya” isə 46 xalla 12-ci olub.
38-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İspaniya, La Liqa
38-ci tur
23 may
Betis – Valensiya 1:1
Qollar: Antoni, 40 – R.Mir, 75.
24 may
18:15. Real – Real Sosyedad
20:30. Espanyol – Las Palmas
20:30. Leqanes – Valyadolid
23:00. Alaves – Osasuna
23:00. Xetafe – Selta
23:00. Rayo Valyekano – Malyorka
25 may
16:00. Jirona – Atletiko
18:15. Vilyarreal – Sevilya
23:00. Atletik – Barselona


